Türkiyə Super Liqasında 27-ci turun görüşlərina yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son matçında "Beşiktaş" doğma meydanda "Qaziantep"lə üz-üzə gəlib.
"Qara qartallar" görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, bu turdan sonra "Beşiktaş" 44 xalla 4-cü, "Qaziantep" isə 35 xalla 8-ci pillədə qərarlaşıb.
"Beşiktaş" - "Qaziantep" 1:2
Qollar: C.İmmobile,31 - A.Kızıldağ,61, F.Soyalp,87.
Bizim.Media