"Barselona"nın futbolçusu Pedri Çempionlar Liqasında "Benfika"ya qarşı matçın ən yaxşısı seçilməsindən imtina edib.
Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o, mükafatı komanda yoldaşı Voyçex Şensnıyə verəcəyini bildirib:
"Bu mükafatı Şensnıyə verəcəyəm. Bu barədə onunla soyunub-geyinmə otağında danışdıq. O, buna layiqdir. Hər şeyi o dayandırdı".
Qeyd edək ki, dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarında "Barselona" səfərdə "Benfika" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizim.Media