Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Hannover"i qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.Mahir Emreli də bu görüşün iştirakçısı olub.
27 yaşlı forvard 77-ci dəqiqədə meydana daxil olub. 24 turdan sonra aktivində 35 xal olan "Nürnberq" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media