Türkiyə Kubokunda qrup mərhələsinin sonuncu turunun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün B qrupunda "Fənərbağça" səfərdə "Qaziantep"in qonağı olub.
4:1 hesablı qələbə qazanan İstanbul təmsilçisi 1/4 finala yüksəlib. 3 xalı olan "Qaziantep" isə turnirdə mübarizəni dayandırıb.
"Qaziantep" - "Fənərbağça" 1:4
Qollar: Anel Hasiç, 76 - Anderson Talişka, 16, 27, Yussef En-Nesiri, 23, Filip Kostiç, 84
Rəşad Rafiqoğlu, Bizim.Media