"Liverpul"un baş məşqçisi Arne Slot cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, o, Premyer Liqanın 15-ci turunda "Everton"la keçirilən matçda qırmızı vərəqə aldığı üçün iki oyunluq diskvalifikasiya olunub.
Slot həmin görüşdə baş hakim və onun köməkçilərini təhqir edib. İntizam Komitəsi həmçinin, "Liverpul"u 80 min avro cərimə edib.
Arne Slot cəza səbəbindən "Nyukasl" və "Sauthempton"la görüşlərdə "Liverpul"un texniki zonasında yer almayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media