"Fənərbaxça" mövsümün sonunda klubla müqaviləsi başa çatan kapitan Edin Ceko ilə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, İstanbul nəhəngi bosniya və herseqovinalı hücumçunu komandada saxlamaq istəyir.
"Fənərbaxça" 38 yaşlı forvarda 1 illik yeni müqavilə təklif edəcək. Super Liqa təmsilçisi qarşıdakı günlərdə təcrübəli futbolçunun meneceri Alessandro Luççi ilə görüşərək sözləşmə şərtlərini müzakirə edəcək.
Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə klubunun heyətində meydana çıxdığı 38 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media