İspaniya La Liqasında fevral ayının ən yaxşı məşqçisi açıqlanıb.
Bizim.Media La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, bu ada "Barselona"nın çalışdırıcısı Hans-Diter Flik layiq görülüb.
Almaniyalı mütəxəssis səsvermədə, Xose Bordalas (“Xetafe”) və Karlos Korberanı (“Valensiya”) qabaqlayıb.
Qeyd edək ki, "Barselona" bu ay 4 oyunda 4 qələbə qazanıb. Komanda 54 xalla turnir cədvəlində 1-ci sırada qərarlaşıb.
Bizim.Media