Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bizim.Media UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "Real"ın hücumçusu Kilian Mbappe olub.
26 yaşlı fransalı futbolçu sorğuda Vitinya (PSJ), Noah Lanq (PSV) və Orkun Kökçünü ("Benfika") qabaqlayıb.
Qeyd edək ki, Mbappe “Mançester Siti” ilə (3:1, ilk oyun 3:2) görüşdə 3 qol vurub.
Bizim.Media