Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev gələn mövsümə harada başlayacağını müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, o, “Qarabağ”ın müqavilə müddətini yeniləməklə bağlı təklfinə razılaşıb.
2024-cü ilin iyulunda Ağdam klubuna qayıtmış və birillik müqavilə imzalamış qolkiper qarşıdakı iki mövsümü də burada keçirəcək. 2016-23-cü illərdə “Qarabağ”ın formasını geyinmiş Şahruddinin son klubu “Adana Demirspor” olub.
Rəşad Rafiqoğlu, Bizim.Media