Niderland millisinin sabiq üzvü Robin van Persi "Feyenoord"u çalışdıra bilər.
Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, klub rəhbərliyi 41 yaşlı məşqçi ilə razılaşıb.
Onunla mövsümün sonunda müqavilə imzalanacağı gözlənilir.
"Mançester Yunayted", "Arsenal", "Fənərbaxça", "Feyenoord" klublarında oynamış Robin hazırda "Herenven"i çalışdırır.
Qeyd edək ki, "Feyenoord"un yetirməsi olan Van Persi əvvəllər bu klubun aşağı yaş qruplarında işləyib.
Bizim.Media