Misli Premyer Liqasında sonuncu yeri tutan komanda I Liqaya yuvarlanacaq.
Bizim.Media xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.
2024/25 mövsümünün sonunda 10-cu yeri tutacaq komanda elitada yerini itirəcək. Əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.
Qeyd edək ki, mövsüm əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk etməli, bir komanda əvəz etməli idi. Komanda sayı artırıldıqdan sonra digər 2 yerlə bağlı müzakirələr yaranmışdı.
Bizim.Media