12 yaşadək futbolçular arasında Azərbaycan çempionatında çıxış edən Bərdənin “Pambıqçı” komandası yarışdan kənarlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
U-12 Liqasında keçirilməli olan “Məhsul” (Zərdab) –“Pambıqçı” (Bərdə) oyununda nominal qonaq komanda təyin edilən vaxtda meydanda olmayıb. Bu üzdən matç baş tutmayıb.
Bərdə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Pambıqçı” yarışlardan kənarlaşdırılıb.
Bizim.Media