"Arsenal" hücumameyilli yarımmüdafiəçisi Kay Havertsin zədəsi ilə bağlı rəsmi açıqlama yayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, almaniyalı futbolçu mövsümün sonuna qədər oynaya bilməyəcək.
Məşq zamanı zədələnən futbolçu tezliklə bud nahiyəsindən əməliyyat olunacaq.
Qeyd edək ki, Haverts bu mövsüm 21 matçda 9 qol vuraraq "topçular"ın Premyer Liqada bombardiridir. Bütün turnirlərdə isə Haverts 34 oyuna 15 qol vurub.
Bizim.Media