“Səbail” klubu bir müddət əvvəl baxışa çağırdığı legioneri bəyənməyib.
Bizim.Media xəbər verir ki, söhbət almaniyalı futbolçu Joy Spayd Mikkelsdən gedir. Məşqçilər heyətinin bəyənmədiyi futbolçu klubun düşərgəsini tərk edib.
Qeyd edək ki, bu futbolçu “Sabah”da oynayan Coy Lens Mikkelsin əkiz qardaşıdır. Onların digər qardaşı olan Leroy Mikkels isə “Şamaxı”nın şərəfini qoruyur.
Rəşad Rafiqoğlu, Bizim.Media