“Zirə”nin futbolçusu Yusuf Laval mövsümü başa vurub.
Bizim.Media xəbər verir ki, əzələsindən zədələnib.
Nigeriyalı yarımmüdafiəçi komandasının 20-ci turda “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldikləri matçda zədə alıb.
26 yaşlı futbolçu əməliyyat olunacaq. O, bu mövsüm meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Yusuf Laval ötən ilin sentyabrında “Zirə”yə keçib. O, Bakı təmsilçisinin heyətində 6 oyunda meydana çıxıb.
Bizim.Media