Rəşad Sadıqov: “Biz ölkə xaricində o qədər də xoşbəxt olmuruq”

“Azərbaycanlı futbolçular ölkə xaricinə can atmır”. 

Bizim.Media xəbər verir ki, bunu “sport24.az” saytına müsahibəsində “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.  

Gənc mütəxəssis yerli oyunçuların xarici klublara getməyə can atmadığını bildirib. R.Sadıqov vaxtikən legioner həyatı yaşadığı zaman ölkəyə geri dönməsindən də danışıb: 

“Mən də bir müddət oynayıb dönmüşəm. Burda da çox pul veriblər. Biz azərbaycanlılar ailəyə, vətənə bağlıyıq. Ölkə xaricində o qədər də xoşbəxt olmuruq”. 

Daha sonra çalışdırıcı Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi ilə bağlı suala cavab verib: 

“Ümumiyyətlə, limitlə bağlı məsələ heç vaxt bizdən soruşulmayıb və bu qədər sual da verilməyib. Çox vaxt qərar qəbul edildikdən sonra fikir öyrənilib və biz də bildirmişik. İndi də müzakirələr var. Amma rəsmi qərar yoxdur. Açığı, çox da düşünməmişəm bu barədə. İstənilən halda hər bir variantın mənfi və müsbət tərəfləri var. Baxır hansı tərəfdən yanaşırsan. Bu sualın cavabı olaraq hərtərəfli danışmaq lazımdır. Bu gün qərarı verən, müzakirəyə çıxaran mən deyiləm. 

Bundan sonra qərar veriləcək və zaman göstərəcək ki, bizə xeyri oldu, ya yox. Limitin ləğvi milli komandaya mənfi təsir edə bilər. Futbolçularımız, iddialı oyunçularımız klublarında mövqelərini itirsələr, ölkə xaricinə çıxa bilməsələr, bu, problem yaradacaq. Amma limit dəyişdi, milli üzvləri klublarında öz yerində qalırlar, ya da ölkə xaricinə 10 futbolçumuz gedib oynaya bilirsə, milliyə zərəri olmayacaq.
 

Aşağıdan gələn yerli perspektivli futbolçular üçün iddialı komandalara düşüb oynamaq nə dərəcədə alınacaq, o başqa sualdır. O qədər sual var ki... Yaxşı və ya pis demək olmur. Qərar qəbulundan sonra baş verən hadisələr maraqlı olacaq. Məsələn, “Neftçi”də 4-5, “Qarabağ”da 7-8, “Sabah”da, “Zirə”də, “Sumqayıt”da millinin üzvləri var. Bunlar ilk mərhələdə klubdakı mövqelərini itirəcəklər ya yox, ölə xaricinə çıxacaqlarmı?


Əgər limit tamam ləğv olsa, nələrin baş verəcəyini proqnozlaşdırmaq çətindi. Amma sonda hansı qərar olarsa, 8+3, 9+2, 10+1, hansının Azərbaycan futboluna xeyri dəyəcəksə, ətraflı şərh etsək, qarşılıqlı şəkildə öz mövqeyimi deyə bilərəm. Amma indiki halda hansı qərarın daha düzgün olmasını demək mənim üçün daha çətindir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

Gəncəyə ikinci raket hücumundan altı il ötür

Gəncəyə ikinci raket hücumundan altı il ötür

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

ABŞ-da atışma: 2 ölü, 35 yaralı var

Türkiyənin ən varlı aktyorları

Türkiyənin ən varlı aktyorları

Ronaldo milliyə qayıdacaq?

Ronaldo milliyə qayıdacaq?

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

Toy mərasimindən sonra 26 yaşlı oğlan ÖLDÜRÜLDÜ - FOTO

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

“Flydubai” ilə bağlı ŞOK DETAL: Pilot təyyarəni terminala çırpmaq istəyib

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Bosniya və Herseqovinada keçirilən seçkilərin ilkin nəticələri açıqlandı

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Cüdo üzrə dünya çempionu "Əhməd haradadır" sualını belə cavablandırdı - VİDEO

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Merts: Almaniya Ukraynanın Aİ-yə üzvlüyünün sürətləndirilməsinə çalışır

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Ukrayna artıq öz Starlink analoqu üzərində işləyir – Zelenski

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Sahibkar AQTA əməkaşlarını yoxlamaya buraxmadı, cərimələndi

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Ukrayna ordusu Rusiyanın 2 qırıcısını vurdu

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyədə yenidən zəlzələ oldu

Lalə Məmmədovadan yeni klip - VİDEO

Lalə Məmmədovadan yeni klip - VİDEO

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

“Bitcoin” haqqında şok proqnoz: 190 min dolları keçə bilər

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Şəhid leytenant Elvin Şükürlünün məzarı ziyarət edildi - FOTO/VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

End of content

No more pages to load

RADİO