Rafael Ağayev vitse-prezident postundan istefa verəcək - VİDEO

Rafael Ağayev Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, məşhur idmançı özü “Sportlife TV”yə iclaslara çağırılmadığı və heç bir iş görmədiyi üçün postundan gedəcəyini bildirib.

“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Amma indiki halda heç bir iş olmadığından orda qalmaq istəmirəm. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”, deyə o, əlavə edib.

Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mövzuya münasibət bildirib.

O, R.Ağayevin Federasiyada vitse-prezident olduğunu təsdiq edib:

"İstənilən halda Federasiya onu iclaslara çağırmalı idi. Bütün federasiyalar rəsmi tanınan Azərbaycan Karate Federasiyasının tərkibində birləşib. Amma bu istiqamətdə biz işləyirik.

R.Ağayev hamımızın bir məqsədə xidmət etməsinə görə bunu deyib. Ola bilsin ki, nəyisə deyərkən düz ifadə etməyib. Onunla söhbətimiz olub. Nə deyibsə, hamısını da mənə deyib.

Deyir ki, məni heç yerə çağırmırlar, mənimlə heç kim danışmır, niyə bura qalım? Biz hamımız karateyə xidmət edirik və o, da Azərbaycan Karate Federasiyasının iclaslarına çağırılmalıdır.

Vəzifəsini kənara qoyaq, Rafael karatedə dünyanın bir nömrəli idmançısıdır. Onun seminarlarının bir günü 3 min avrodur. Bu təcrübədən istifadə etmək lazımdır. Niyə çağırılmasın? Ona görə də Rafael inciyir və haqlıdır”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Ərdoğan: Ölkəmizi bu atəş halqasının kənarında saxlamaqda qətiyyətliyik - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

Rusiya Lvova zərbə endirdi - Yaralananlar var - VİDEO

End of content

No more pages to load

RADİO