“Zirə” Abbas İbrahimlə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Zirə” klubunun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı yarımmüdafiəçiylə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Zirə” PFK 27 yaşlı futbolçuya klub üçün göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Bizim.Media