Azərbaycan milli komandasının və Almaniyanın "Nürnberq" klubunun hücumçusu Mahir Emreli bazar dəyərini qoruyub.
Bizim.Media xəbər verir ki, “Transfermarkt” portalının son yeniləməsinə görə, Emreli 800 min avro (təxminən 1,41 milyon manat) dəyərində qiymətləndirilir.
O, hələ “Dinamo”da (Zaqreb) oynayarkən əvvəlki yeniləmədə də eyni səviyyədə idi.
Bizim.Media