Türkiyənin "Beşiktaş" klubunun yeni prezidenti məlum olub.
Bizim.Media xəbər verir ki, İstanbul klubuna yeni prezident Sərdal Adalı seçilib. O, səsvermədə digər namizəd Hüseyn Yücəli geridə qoyub.
Qeyd edək ki, "Beşiktaş" klubuna son olaraq Hasan Arat rəhbərlik edib.
Bizim.Media