"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının uğursuzluğundan danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə "City Xtra" X sosial şəbəkəsində (əvvəlki "Twitter") paylaşım edib.
Mütəxəssis deyib: "Komandamın oyun formasından nə deyə bilərəm? Bəzən gözlənilir ki, bu cür hallar daha tez baş verəcək və rahatlıqla düzələcək. Lakin bəzən bu, çox vaxt alır. Amma mən təslim olmayacağam! Mən burada olmaq, yaranan vəziyyəti düzəltmək istəyirəm".
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasının son 10 matçında 2 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlubiyyətlə üzləşib.
Bizim.Media