"Real" və klubun prezidenti Florentino Peres "Globe Soccer" mükafatına layiq görülüblər.
Bizim.Media xəbər verir ki, İspaniya klubu "Mançester Siti", "İnter", "Bayer", "Atalanta", "Əl-Əhli", "Atletiko Mineyro", "Botafoqo", "Olimpiakos" və "Sportinq"i ötərək 2024-cü ilin ən yaxşı klubu seçilib.
Klubun rəhbəri isə xüsusi karyerasına görə ilin ən yaxşısı seçilib.
Qeyd edək ki, "Real" bu il Çempionlar Liqası, La Liqa, Superkubok və Qitələrarası Kubokun qalibi olub.
Bizim.Media