"Sportinq"in yeni baş məşqçisinin adı bəlli olub.
Bizim.Media xəbər verir ki, Lissabon klubu portuqaliyalı Ruy Borjeşə həvalə edilib.
43 yaşlı çalışdırıcı "Vitoriya"dan gəlib. Borjeşin "Sportinq"ə keçidi üçün Gimarayş təmsilçisinə 4 milyon avro ödənilib. O, bu postda Joau Pereyranı əvəzləyib.
Qeyd edək ki, Ruy Borjeşin “Sportinq”də debütü dekabrın 29-da Portuqaliya çempionatının lideri "Benfika" ilə matçda reallaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media