Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirildi – FOTO/VİDEO

Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Gənclər və İdman nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə final yarışı Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə baş tutub.

Təhsil ocağının idman zalında keçirilən badminton üzrə Azərbaycan çempionatında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, gənclər və idman naziri Fərid Qayıbov və media nümayəndələri iştirak edib.
 

Nazirlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi badminton oynamaqla yarışı açıq elan ediblər.


Nazir F.Qayıbov mətbuata açıqlamasında bildirib ki, bu gün Azərbaycan idmanında tarixi hadisə yaşanır. İşğaldan azad edilmiş torpaqlarımıza idman qayıdır. Mütəmadi olaraq Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında idman yarışları keçirilir. Xankəndi şəhəri də artıq bir neçə idman yarışına ev sahibliyi edib. Nazir Xankəndinin həm də idman mərkəzinə çevriləcəyindən və bu günədək bu şəhərdə keçirilmiş idman yarışlarından da söz açıb.

Qeyd edək ki, 1974-cü ildə Xankəndidə keçirilmiş turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer alan Azərbaycan badminton ailəsinin dəyərli üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib. Qalib və mükafatçıları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif edib.

Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıb.






Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində partladı – BARMAĞINI İTİRDİ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

End of content

No more pages to load

RADİO