Millimizin üzvü İsveçlə sabahkı oyundan DANIŞDI

Avro-2026-nın əsas mərhələsində mübarizə aparacaq futzal üzrə Azərbaycan millisi sabah İsveçlə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, bu gün oyunöncəsi son məşqini keçirən millinin üzvü Xəzər Ağalızadə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında həm toplanışı dəyərləndirib, həm də rəqiblə bağlı fikrini bildirib:

“Bir həftədən çoxdur ki, təlim-məşq toplanışındayıq. Həm taktiki, həm də fiziki planda çalışmalar yerinə yetirdik. Bu gün Bakı idman Sarayında ilk, ümumilikdə isə oyuna hazırlıq baxımından son məşqimizi keçirdik. Komanda olaraq çox istəkliyik. Doğma meydan amili və azarkeş üstünlüyünü lehimizə çevirməliyik. Maraqlı görüş olacağını düşünürəm. Təəssüfləndiyim məqam odur ki, kapitanımız Emin Kürdov və hücumçu Kənan Manafov zədə səbəbindən bizə kömək edə bilməyəcək”.
 

Millinin aparıcı üzvlərindən olan futzalçı İsveç yığması ilə bağlı da danışıb: “UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu ölkənin çempionu - “Uddevalla” ilə qarşılaşmışdıq. İsveç millisinin əksər üzvləri bu klubda toplaşıb. Bundan başqa, İsveçin Yunanıstanla görüşünü də izləmişik.


Müəyyən məlumata sahibik. Baş məşqçimiz də müəyyən tapşırıqlar verib. Məncə, hər şey öz əlimizdədir. Sabah birlikdə uğur qazanmaq üçün ən yaxşısını etməyə çalışacağıq. Azarkeşlərimizin bu oyunda bizi dəstəkləməsini istərdim”.

Qeyd edək ki, oyun dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək görüşdə azarkeşlər üçün zala giriş biletsiz olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu komanda 111 il sonra rekordunu TƏKRARLADI

Bu komanda 111 il sonra rekordunu TƏKRARLADI

Sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı

Sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanıldı

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Zeynəb Xanlarovanın doğum günüdür - VİDEO

Zeynəb Xanlarovanın doğum günüdür - VİDEO

Cəbrayıl şəhərinə və Horovlu kəndinə də qar yağdı - FOTO

Cəbrayıl şəhərinə və Horovlu kəndinə də qar yağdı - FOTO

Laçın şəhəri də ağ örpəyə büründü - FOTO

Laçın şəhəri də ağ örpəyə büründü - FOTO

Bu ölkədə “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibləri nə edəcəklərini bilmirlər

Bu ölkədə “Lukoyl” yanacaqdoldurma məntəqələrinin sahibləri nə edəcəklərini bilmirlər

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

ABŞ Konqresində Trampa qarşı ETİRAZ

Enrike İqlesias dörd uşağının FOTOSUNU paylaşdı

Enrike İqlesias dörd uşağının FOTOSUNU paylaşdı

Ukrayna Baş Qərargahı Putini təkzib etdi: “Yalanlar uydurur”

Ukrayna Baş Qərargahı Putini təkzib etdi: “Yalanlar uydurur”

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Kosovoda növbədənkənar parlament seçkilərində səsvermə keçirilir

Alyona Əliyeva DOST Mərkəzindən paylaşım etdi - FOTO

Alyona Əliyeva DOST Mərkəzindən paylaşım etdi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Rusiya qoşunları iki istiqamətdə irəlilədi - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Şəkidə 26 yaşlı gənc itkin düşdü - FOTO

Gədəbəydə avtomobil yollarını buz bağladı

Gədəbəydə avtomobil yollarını buz bağladı

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Faciəvi şəkildə ölən Aytac və Aynurun FOTOSU

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Tərtərdə 2 avtomobil toqquşdu - 3 yaralı var - FOTO

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Duman, qar, şaxta... - FAKTİKİ HAVA

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Türkiyədə narkotik əməliyyatı: Ölkənin ən gözəl qadını və məşhur repçi TUTULDU

Astanada yanğın - Binanın damı uçdu - FOTO

Astanada yanğın - Binanın damı uçdu - FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

QAİ-nin Amasiya rayon icmasında ilin yekunlarına həsr olunan TƏDBİR KEÇİRİLDİ – FOTO

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

Rusiyanın Kiyevə hücumu - 2 ölü, onlarla yaralı var

End of content

No more pages to load

RADİO