Minifutbol üzrə Azərbaycan çempionatında 9-cu tur start götürüb.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
Mərkəzi görüş "Birbaşa Bakı" ilə "Zirə" arasında reallaşıb. Ölkə çempionatında hegemonluq edən "Birbaşa Bakı" "Zirə"ni məğlub edib.
Tura bu gün yekun vurulacaq.
Azərbaycan çempionatı.
9-cu tur
“Sumqayıt” - “Star Bakı” 4:2
“Birbaşa Bakı” - “Zirə” 3:2
“Çinar Zəngilan” - “Qalaksi” 1:3.
Bizim.Media