“Qarabağ”ın veteran futbolçusu Ənvər Axundov dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“"Qarabağ"ın veteran futbolçusu, klubun akademiyasında qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərmiş Ənvər Axundov 71 yaşında vəfat edib.
"Qarabağ" Ənvər Axundovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.
Bizim.Media