Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilov Malayziyanın “Johor” klubunda növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin komandası Asiya Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda doğma meydanlarında Tailandın "Buriram Yunayted" klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə bitib.
İsrafilov bu matça əsas heyətdə çıxıb və 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, "Johor" Asiya Çempionlar Liqasının turnir cədvəlində 6 turdan sonra 8 xalla 6-cı yerdədir.
Bizim.Media