Cənubi Koreyada prezident tərəfindən elan edilən hərbi vəziyyətin parlamentdə ləğvindən sonra süsusi təyinatlılar parlamentdən geri çəkilir.
Bizim.Media xəbər verir ki, Cənubi Koreya parlamenti prezidentin əmrlərini yerinə yetirən hərbçilərin saxlanacağını və dövlətə xəyanətdə ittiham ediləcəyini bildirib.
Hərbi vəziyyətin elan edilməsi adı altında dövlət çevrilişinə cəhd etdiyinə görə prezidentin impiçment edilməsi məsələsi də gündəmə gətirilir.
Bizim.Media