“Turan Tovuz” klubu qış fasiləsində heyətini gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, komandanın maraqlandığı oyunçulardan biri də “Sabah”da çıxış edən Sofyan Şakladır.
Müqaviləsi bu ilin iyununda başa çatacaq futbolçunun keçidi ilə bağlı hazırda klub rəhbərləri arasında danışıqlar davam edir.
Mərkəz müdafiəçisi mövqeyində oynayan Sofyan Şakla 2023-cü ildən “Sabah”da çıxış edir.
Bizim.Media