İngiltərənin paytaxtında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da iştirak etdiyi "London Chess Classic" şahmat turniri davam edir.
Bizim.Media xəbər verir ki, təmsilçimiz 3-cü turda ilk qələbəsini qazanıb.
Qrossmeysterimiz qadınlar arasında dünya çempionu Cu Vencuna (Çin) qalib gəlib. Bu qələbə nəticəsində təmsilçimiz xallarının sayını 2-yə çatdırıb.
Qeyd edək ki, Məmmədyarov lider Geveyn Consdan (İngiltərə) yarım xal geri qalaraq 3-cü pillədə qərarlaşıb.
Bizim.Media