"Son 3 matçda oyunumuzda böyük irəliləyiş var" - Fernandu Santuş

“Təbii ki, hər oyunda qələbə qazanmaq, güclü heyət qurmaq istəyirik. Son 3 matçda oyunumuzda böyük irəliləyiş var. Bütün bunlar göstərir ki, doğru yoldayıq. Bu yola davam etməliyik".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis üç futbolçunun heyətdən kənarlaşdırılmasında sonra edəcəyi taktiki gedişlər haqda sualı belə cavablandırıb:

"Taktika o qədər də vacib deyil. Əsas olan oyun fəlsəfəsidir. Amma hər oyunun xüsusi taktikası var. Ola bilər ki, bəzi dəyişiklik etdik. Rəqibə uyğun taktika qurmağa çalışırıq. Elə bir heyət olmalıdır ki, tək müdafiə olunmasın, həm də rəqib qapısı qarşısında təhlükəli hücumlar qursun. Təəssüflər olsun ki, mən bura gələndən qələbə qazana bilməmişik. Amma inanın ki, komandam hər oyuna sırf qələbə üçün çıxır. Yəni meydana tək müdafiə olunmaq üçün çıxmamışıq".

Santuş qeyd edib ki, millidə birdən-birə gəncləşdirmə siyasəti aparmaq doğru olmaz:

"Biz dəyişikliyi dərhal etsək, istədiyimizi həyata keçirə bilmərik. Əlbəttə ki, milli komanda klub kimi deyil. Klubda futbolçular daim bir yerdə olurlar. Ona görə də bir-birini yaxşı tanıyırlar. Millidə isə bu imkan olmur. Bunları nəzərdə alaraq gənc oyunçulara tədricən şans verəcəyik. Təbii ki, sabahk matçda dəyişiklik ola bilər. Hər şey gözlənilir".

Təcrübəli mütəxəssis millimizin C Liqasında qalmaq şanslarını da dəyərləndirib:

"Biz bunun uğrunda mübarizə aparmalıyıq. Təbii ki, heç kim oyundan qabaq nə qalib olur, nə də məğlub. Mübarizə aparacağıq. Qələbə qazanmağa çalışacağıq. Düzdür, sabah bizi güclü rəqib gözləyir, amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".

Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

29 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı

"iPhone" işlədənlərə pis xəbər

"iPhone" işlədənlərə pis xəbər

Bu ölkənin Baş naziri istefa verdi

Bu ölkənin Baş naziri istefa verdi

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

BBC-nin yeni rəhbərini "Google" ilə nə bağlayır?

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

End of content

No more pages to load

RADİO