“Turan” və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, matç Tovuz şəhər stadionunda oynanılıb.
Görüş 5:5 hesabı ilə yekunlaşıb. "Turan Tovuz"un qollarını Etimad Qurbanov, Musa Qurbanov (dubl), Nizami Ocaqverdiyev və Qurban Qurbanov vurub.
Yoldaşlıq görüşü “Turan”ın çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar baş tutub.
Bizim.Media