İtaliyanın "İnter" klubu futbolçusu Yan Bisseklə yeni müqavilə imzalayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Milan təmsilçisi 23 yaşlı almaniyalı müdafiəçiyə 5 illik müqavilə hazırlayıb. Razılığa əsasən onun maaşı da artacaq. Müqavilənin yaxın zamanda imzalanacağı gözlənilir.
Qeyd edək ki, Yan Bissek bu mövsüm "İnter"in heyətində 11 oyuna çıxıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədərdir.
Bizim.Media