“Səbail"in baş məşqçisi Şahin Diniyev istefa verib.
Bizim.Media xəbər verir ki, o, bu haqda qərarını Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə qarşı matçdan (0:1) sonra açıqlayıb.
Diniyev keçirdiyi mətbuat konfransında rəhbərliklə görüşdüyünü və öz xahişi ilə istefa verdiyini söyləyib.
Ş.Diniyev deyib ki, “Səbail”də bundan sonra nəyisə dəyişmək üçün özündə güc görmür.
Qeyd edək ki, "Səbail" hazırda Misli Premyer Liqasında 12 oyundan 7 xalla 9-cu yeri tutur (10 komanda arasında).
Bizim.Media