"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Mübarizəli, dinamik matç oynadılar.
Möhtəşəm ab-hava var idi. Çox istərdik ki, 3 xal qazanaq. Amma bir xal da pis nəticə deyil".
Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda "Turan Tovuz"la heç-heçə etdikləri oyundan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev haqda “məşqçinin burada olması, sizinlə rəqabətinin futbolumuza təsiri necədir?” sualına belə cavab verib:
“Rəqabət aparmağım düzgün çıxmaz. O, təcrübə baxımından məndən qabaqdadır. Belə insanların Azərbaycanda olması, əlbəttə ki, faydalıdır. Onun burada olmasına ancaq pozitiv baxıram”.
Bizim.Media