"Barselona"nın futbolçusu Rafinya azarkeşlərin təsiredici hərəkətlərindən danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə 27 yaşlı braziliyalı vinger Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində "Bavariya" ilə keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında söz açıb.
O, deyib: "Sosial şəbəkələrdə Niko Vilyamsı 11 nömrə forması ilə paylaşdıqlarını görürdüm... Bu, hörmətsizlik idi. Zarafat olsa da, yaxşı deyil idi. Biz burada olan oyunçulara hörmət etməliyik".
Qeyd edək ki, Rafinya bu mövsüm "Barselona"nın heyətində 12 oyuna çıxaraq 6 qol vurub və 8 qolun ötürməsini edib.
Bizim.Media