"Qeyri-ciddi fikirə münasibət bildirmək ciddi adamların işi deyil" - Şahin Diniyev

"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (1:3) sonra təşkil olunan mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, o, əvvəlcə məğlubiyyətin səbəblərindən danışıb:

"İstədiyimiz futbolu oynaya bilmirdik.

Oyun sistemində böyük problemlərimiz var idi. Kiçik komandayıq. 3 nəfərin olmaması, 4-cünün isə zədəli çıxması özünü göstərdi. Sonuncu oyunda "Şamaxı" ilə matçda oturuşmuş heyətimiz var idi. Bu gün isə həm Fərid Nəbiyev, həm Qorka Laruçça, həm Mert Çelik yox idi, David Qomis də zədəli çıxdı, 4 oyunçu birdən yox idi. O sarıdan istədiyimiz oyunu ala bilmədik. Sanki futbolçular "Neftçi"nin adından qorxdular. Tam olaraq rəqibin üstünlüyü ilə keçən oyun oldu".

Mütəxəssis qarşıda daha vacib oyunları gözlədiyini bildirib: "İrəli baxmalıyıq. Qarşıda daha vacib oyunlarımız var. Demişdim ki, "Neftçi" bu heyətlə düşdüyü vəziyyətdən çıxacaq. "Neftçi" yuxarı yerlərlə mübarizə aparan komandadır, yaxşı oyunçuları var. Biz də gərək taleyimizlə barışaq. O mənada yox ki, əlimizi yuxarı qaldıraq. Biz gələcəyə baxmalıyıq, əsasən də qarşıdakı "Sumqayıt" və "Kəpəz"lə matçlar bizim üçün çox vacibdir. Komandanın belə olması, bəlkə də, gələn oyunlarda daha çox motivasiya verəcək. Gələn oyunlarda bu gün cəzalı olan oyunçularımız da meydana qayıdacaqlar. Yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq".

O, "kiçik komandayıq" ifadəsinə aydınlıq gətirib:

"Hakimin, büdcənin üstünə atmaq asandır. Əlində heyət varsa, oynamalısan. 19-20 yaşlı futbolçulara şans verdik. Birdən-birə 4 oyunçu olmayanda komanda öz gücünü göstərə bilmir. Rotasiya üçün ehtiyat oyunçular skamyamız o qədər də zəngin deyil. Kiçik komanda sözünü bu mənada dedim. Yəni istədiyimiz heyət əlimizdə yoxdur. Amma futbolçu heyətə çıxırsa büdcə, maaliyyə qıraqda qalmalıdır. Bu gün istədiyimiz oyunun heç 30-40 faizini oynaya bilmədik".

Mütəxəssis "Siz Samir Abasovla qarşılaşmalar statistikasında məğlub olursunuz.

Düşünmürsünüz ki, "Neftçi" rəhbərliyi bu statistikanı nəzərə alıb Samir Abasovu təyin etdi ki, komanda heç olmasa bu il qələbə qazansın?" sualına belə cavab verib: "Birincisi, biz meydana çıxanda, baxdım ki, "Neftçi" - "Səbail" yazılmışdı, Şahin - Samir yox. İkincisi isə, bir komanda üzərində bütün oyunlarda qələbə qazananı gətirmək futbolda olmayan bir şeydir. Gələn oyun "Sabah"la oynayırlarsa, onda Samiri çıxarıb, "Sabah"ı məğlub edəni gətirəcəklər?"

İlqar Qurbanov İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində əvvəllər milliyə bəzi oyunçuların sifarişlə cəlb edildiyini deyib. Şahin Diniyev bunu belə şərh edib:

"Qurban Qurbanovun yaxşı sözü var, qeyri-ciddi fikirə münasibət bildirmək ciddi adamların işi deyil. O haqda çox danışa bilərəm. İlqarın milliyə gəlməsindən tutmuş bura qədər... İnsan həmişə danışığına fikir verməlidir. Nəyisə müdafiə edirsənsə, ağıllı etməlisən. Savadsız müdafiə qurmaq insana yaraşmır".

O, "Səbail" bu gün istəksiz görünürdü. Sanki Samir Abasovun debüt oyununda ona jest edirdiniz" fikrinə belə cavab verib:

"Çox sağ olun. Samir Abasov Qusardan bir kisə fındıq, bir kisə şabalıd gətirmişdi. Amma sualınızın ciddi cavabı odur ki, bu gün futbolda simpatiya mümkün olmayan bir şeydir. Bu gün kim kimə jest etməlidir? 15 xal qabaqda deyilik. 45+2-ci dəqiqədə qol buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı. Komanda bu gün uğur qazanmağı çox istəyirdi. Əfsuslar olsun ki, "Neftçi" bütün komponentlərdə bizi qabaqladı. Uduzmağı da etiraf etmək lazımdır. Sırf oyuna görə uduzduq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

Mütəxəssis qocalmaya qarşı ən təsirli qida və elementlərin adlarını sadaladı

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Yeni virus YAYILIR

Yeni virus YAYILIR

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

“Burger yediyimə görə milliyə çağırılmadım” - Video

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Kürdəmirdə evdən kişi meyiti TAPILDI - FOTO

Vüsalə: Qızım mənim verilişimə baxmır

Vüsalə: Qızım mənim verilişimə baxmır

Ötən gün aşkarlanan silah-sursatın SAYI

Ötən gün aşkarlanan silah-sursatın SAYI

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

İrandan ABŞ-ın danışıqlar təklifinə CAVAB – Tehranın DÖRD ŞƏRTİ

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

Bakı-Qazax yolunda mikroavtobus qəzaya uğradı: 9 NƏFƏR YARALANDI – VİDEO

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

ABŞ-dan TƏCİLİ ÇAĞIRIŞ – Bu ölkəni tərk edin

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Azərbaycanda donuzlar çoxalır – Bölgələr üzrə RƏQƏMLƏR

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Anti-Azərbaycan narrativləri fonunda sözlə deyil, əməllə sübuta yetirilən MÖVQE

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hava ilə bağlı XƏBƏRDARLIQ – Qar yağacaq, yollar buz bağlayacaq

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

Hər gün tünd şokolad yemək üçün mühüm səbəb

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

45 yaşlı kişini inək vurdu - Xəstəxanalıq oldu

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Zelenski: “Putin müharibəni bitirmək istəmir”

Xalq artistinin bloger qızı ana oldu - FOTO

Xalq artistinin bloger qızı ana oldu - FOTO

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

15 yaşlı piyadanı maşınla vurub, hadisə yerindən QAÇDI

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Şəkinin Kiçik Dəhnə kənd orta məktəbinin məzunları 47 ildən sonra bir arada – FOTO

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 40-dan yuxarı olanların NƏZƏRİNƏ

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

5000 illik sirr: Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük?

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

ABŞ-İran danışıqlarına bu ölkə vasitəçilik edir – RƏSMİ

Xaçmazda avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

Xaçmazda avtomobildə sıxılı qalan qadın belə xilas edildi – VİDEO

Ağdamda minaya düşən Ceyhunun - Fotosu

Ağdamda minaya düşən Ceyhunun - Fotosu

End of content

No more pages to load

RADİO