Misli Premer Liqasının 7-ci turunun “Turan Tovuz” - “Araz Naxçıvan” oyunu zamanı mübahisəli vəziyyət baş verib.
Bizim.Media xəbər verir ki, 13-cü dəqiqədə qonaqların futbolçusu Ramon Maçado “Turan Tovuz”un oyunçusu Roderik Millerə qarşı kobud oynayıb.
Onun ayaq zərbəsi rəqibin başına dəyib.
Baş hakim, FİFA referisi Elçin Məsiyev bu epizoda görə Maçadoya sarı vərəqə göstərib. “Turan Tovuz” isə hakimdən qırmızı vərəqə gözləyib.
Bizim.Media