"Əl-Nəsr"in yeni baş məşqçisi Stefano Pioli futbolçusu Kriştiano Ronaldo haqqında danışıb.
Bizim.Media xəbər verir ki, hesab edir ki, mütəxəssis 39 yaşlı hücumçunu Argentina millisinin və "İnter Mayami"nin forvardı Lionel Messidən daha üstün hesab etdiyini bildirib:
"Məncə, Ronaldo Messidən yaxşıdır. Çünki o, keçirdiyi oyunların sayından daha çox qol vurub".
Qeyd edək ki, Ronaldo karyerası ərzində rəsmi matçlarda 902 qola imza atıb.O, 2022-ci ilin dekabrından "Əl-Nəsr"də oynayır. Pioli isə 3 gün əvvəl bu komandaya baş məşqçi təyin olunub.
Bizim.Media