"Neftçi" onu qışda göndərə bilər “Neftçi” yayda heyətinə cəlb etdiyi Rüstəm Samiqullinlə yollarını ayıra bilər.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Samiqullini yayda “Sabah”dan bir illik icarəyə götürmüşdü.
Amma U-21 yığmamızın üzvünün vaxtından əvvəl “Sabah”a geri qaytarıla biləcəyi gözlənilir.
21 yaşlı qapıçının “Sabah”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Rəşad Rafiqoğlu, Bizim.Media