Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı məğlub edən "Dinamo" baş məşqçi Sergey Yakiroviçlə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, Zaqreb təmsilçisi bosniyalı mütəxəssislə yollarını ayırıb.
47 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Dinamo" Çempionlar Liqasının liqa mərhələsinin ilk oyununda səfərdə "Bavariya"ya 2:9 hesabı ilə məğlub olub.
Rəşad Rafiqoğlu, Bizim.Media