"Neftçi"dən ayrılan Qara Qarayevin yeni klubu müəyyənləşib.
Bizim.Media “Futbol24.az”a istinadən xəbər verir ki, Qarayev karyerasına "Sabah"da davam edəcək.
Qeyd edək ki, Q.Qarayev “Neftçi”yə 2023-cü ilin yayında “Qarabağ”dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.
Bizim.Media