Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı başlayır

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı başlayır
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.

Moderator.az xəbər verir ki, elita təmsilçiləri yeni ildə ilk rəsmi oyunlarını XV tur çərçivəsində keçirəcəklər. Həftənin matçları iki günü əhatə edəcək.

İlk görüş Zirə İdman Kompleksinin stadionunda olacaq. Qış fasiləsində təlim-məşq toplanışı üçün yollandıqları Türkiyənin Antalya şəhərində eyni oteldə məskunlaşan “Zirə” və “Sumqayıt”ın dueli maraqlı mübarizə vəd edir. Komandalar turnir cədvəlində qonşu olsalar da, arada 10 xallıq fərq var. Hazırda 30 xalla 3-cü sırada qərarlaşan zirəlilər çempionluq yarışından qopmaq istəmirlər. Lakin avrokuboklara düşməyi hədəfləyən qonaqlar da qələbə qazanmaq əzmindədirlər.

Bu kollektivlər arasında ilk iki dövrədə baş tutan görüşlərdə meydan sahibləri qalib gəliblər (3:1, 1:2). Son 4 oyunda meydanı qolsuz tərk etməyən “Zirə” evdəki son 2 matçda qələbə qazanıb. Qəsəbə təmsilçisi çempionatdakı görüşlərin balansında da üstündür: 5 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət.

Günün digər matçı turun mərkəzi oyunu statusunu daşıyır. Ötən mövsüm olduğu kimi cari çempionatda da qızıl medallar uğrunda mübarizə aparan “Qarabağ”la “Qəbələ” “Azərsun Arena”da qarşılaşacaqlar.

Mövcud tablo oyunun olduqca gərgin keçəcəyini söyləməyə əsas verir. Hazırda 37 xalla lider olan Ağdam təmsilçisi ikinci sıradakı “qırmızı-qaralar”ı 6 xal qabaqlasa da, hansısa komandanı favorit qismində ön plana çıxarmaq çətindir. Hərçənd ilk iki dövrədə meydan sahibləri qələbəni bayram edən tərəf olub (2:1, 0:1). Ümumiyyətlə, Son 7 qarşılaşmada meydan sahibi uduzmayıb. “Qarabağ” son 5 ev oyunundan xalsız ayrılmayıb. Ağdam klubu indiyə qədər çempionatda 38 dəfə üzləşdiyi qəbələliləri 17 dəfə məğlub etdiyi halda, 10 matçdan məğlub ayrılıb.

“Qarabağ” və “Qəbələ” qış fasiləsində transfer bazarında passivlikləri ilə diqqət çəkiblər. Dino Ndlovu kimi aparıcı futbolçusunu Çin klubuna satan ağdamlılar heyətə yeni sima cəlb etməyiblər. Endi Hallidey, Deyv Bulthuis, Ekiqo Ehiosun, Tellur Mütəllimov kimi oyunçularla vidalaşan “qırmızı-qaralar” isə yalnız Təmkin Xəlilzadəni komandaya götürməklə kifayətləniblər.

Mərkəzi oyun ərəfəsində “Qarabağ”ın heyətində uzun müddətə sıradan çıxan Bədavi Hüseynovla yanaşı, Qara Qarayev, Miçel Madeyra və Əfran İsmayılov zədədən əziyyət çəkirlər. Bu “üçlüy”ün meydana çıxıb-çıxmayacağı dəqiq deyil. “Qəbələ”də isə bir neçə gündür xəstə olan Cavid Hüseynovun durumu sual altındadır.

Bazar gününün ilk görüşü qış fasiləsində böyük dəyişikliklərə əl atan “Keşlə” ilə debütant “Səbail” arasında olacaq. Meydan sahibləri yeni baş məşqçiləri Yuri Maksimovun rəhbərliyi altında ilk rəsmi oyunlarına çıxacaqlar. Qış fasiləsində Kamran Ağayev, Məqsəd İsayev, Vaqif Cavadov, Pablo Podio Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna, Andre Klennon və Sezar Meza Kollini heyətə cəlb edən keşləlilər yetərincə gücləniblər. Bu transferlər daha çox Azərbaycan Kubokunda uğur qazanmağa hesablansa da, çempionat da arxa plana keçməyib. Çünki “Keşlə” son sıradakı “Kəpəz”i 1 xal qabaqladığı halda, 6-cı sıradakı “Səbail”dən 5 xal geridir.

Bu komandaların indiyədək baş tutan görüşlərində eyni nəticə qeydə alınıb. Hər iki matçda meydan sahibi olan tərəf minimal 1:0 hesabı ilə qalib gəlib.

Turun son oyununda qış fasiləsində keçirdikləri yoxlama matçlarında 1:8 hesabı ilə uduzmaqla diqqət mərkəzinə düşən “Neftçi” və “Kəpəz” üz-üzə gələcəklər. 90-cı illərdə titul uğrunda bir-birlərinə rəqib olan kollektivlər indi hədəflərindən uzaq düşsələr də, vəziyyətlərini yaxşılaşdırmağa can atırlar. Hazırda 16 xalla 5-ci pillədə yer alan bakılıların məqsədi avrokuboka düşməkdirsə, gəncəlilər “zirzəmi”dən qurtulmaq istəyirlər.

“Bakcell Arena”da baş tutacaq görüş bu kollektivlərin ölkə çempionatında yubiley – 50-ci oyunun olacaq. Əvvəlki duellərin 22-dən “Neftçi”, 18-dən “Kəpəz” qalib gəlib. “Ağ-qaralar” son 2 görüşdə qol buraxmayıblar. “Sarı-göylər” isə son 3 səfərdə də rəqib qapısına yol tapa bilməyiblər. Bakılılar cari mövsümdə evdə rəqibin müqavimətini qıra bilmədiyi halda (0:0), səfərdə 3 xala seviniblər (1:0).

Azərbaycan Premyer Liqası

XV tur

10 fevral (şənbə)

16:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov

Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

“Azersun Arena”

11 fevral (bazar)

15:00. “Keşlə” – “Səbail”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Fazil Mürşüdov

“İnter Arena”

17:30. “Neftçi” – “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

“Bakcell Arena”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Peşəkar mühasib olmaq istəyənlər imtahan VERDİ

Peşəkar mühasib olmaq istəyənlər imtahan VERDİ

Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu

Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Rusiya hərbçiləri Zaporojye yaxınlığında asma körpüyə zərbə endirdi

Rusiya hərbçiləri Zaporojye yaxınlığında asma körpüyə zərbə endirdi

Xalidə Gözəl vəfat etdi

Xalidə Gözəl vəfat etdi

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi beşqat dünya çempionu oldu

"İmişli" "Şamaxı"nı məğlub etdi - VİDEO

"İmişli" "Şamaxı"nı məğlub etdi - VİDEO

Aygün Kazımova Dənizkənarı Milli Parkda Zeytun Festivalında çıxış edəcək

Aygün Kazımova Dənizkənarı Milli Parkda Zeytun Festivalında çıxış edəcək

Çexiya yaxın onillikdə avroya keçəcək

Çexiya yaxın onillikdə avroya keçəcək

AKP-nin keçmiş deputatı HƏBS EDİLDİ

AKP-nin keçmiş deputatı HƏBS EDİLDİ

Joze Mourinyo “Barselona” ilə oyun öncəsi Arda Gülərlə bağlı qərar verdi

Joze Mourinyo “Barselona” ilə oyun öncəsi Arda Gülərlə bağlı qərar verdi

SON DƏQİQƏ: Serbiyanın keçmiş prezidenti Vuçiçin anasına Belqradda hücum etdilər

SON DƏQİQƏ: Serbiyanın keçmiş prezidenti Vuçiçin anasına Belqradda hücum etdilər

Sevgilisini öldürən model əvvəllər də ona qarşı zorakılıq edib - FOTO

Sevgilisini öldürən model əvvəllər də ona qarşı zorakılıq edib - FOTO

“Onlar az qala ağlayırdılar”: Putin Qərb şirkətlərinin Rusiyanı necə tərk etdiyini açıqladı

“Onlar az qala ağlayırdılar”: Putin Qərb şirkətlərinin Rusiyanı necə tərk etdiyini açıqladı

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildi - ANBAAN VİDEO

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildi - ANBAAN VİDEO

Son 48 ildə ilk: İran ABŞ-dan təzminat aldı

Son 48 ildə ilk: İran ABŞ-dan təzminat aldı

AFFA prezidenti Hövsan Yarış Kompleksini ziyarət etdi - FOTO

AFFA prezidenti Hövsan Yarış Kompleksini ziyarət etdi - FOTO

Sumqayıtda beş avtomobil toqquşdu

Sumqayıtda beş avtomobil toqquşdu

Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanıldı - VİDEO

Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanıldı - VİDEO

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

ŞOK: Süni intellektlə yaradılmış müğənni hamilə olduğunu açıqladı

ŞOK: Süni intellektlə yaradılmış müğənni hamilə olduğunu açıqladı

El-Klasiko" öncəsi "Real Madrid"də ciddi itki - FOTO

El-Klasiko" öncəsi "Real Madrid"də ciddi itki - FOTO

Biləsuvarda güclü yağış yağdı, bazar su altında qaldı - VİDEO

Biləsuvarda güclü yağış yağdı, bazar su altında qaldı - VİDEO

End of content

No more pages to load

RADİO