“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə işləyə bilər.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis “Ankaragücü”ndə baş məşqçi postuna namizədlər arasındadır.
Mutunun son ünvanı Rumıniyada ÇFR olub. O, 2023-cü ilin yayından dekabrına kimi “Neftçi”yə rəhbərlik edib.
Qeyd edək ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov “Ankaragücü”ndə forma geyinir. Komanda I Liqada 6 xalla 13-cü sıradadır.
Rəşad Rafiqoğlu, Bizim.Media