Finlandiya çempionatında 23-cü turun oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının cinah oyunçusu Ozancan Kökçünün formasını geyindiyi “Helsinki” SYK klubunu qəbul edib.
Görüş məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.
Kökçü meydana start heyətində çıxıb və 45+1-ci dəqiqədə asist edib. O, 75-ci dəqiqədə əvəzlənib. Hazırda “Helsinki” 44 xalla liderdir.
Rəşad Rafiqoğlu, Bizim.Media