Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Ulm 1846" ilə üz-üzə gəlib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Mahir bu görüşün iştirakçısı olmayıb. 27 yaşlı hücumçu sona qədər ehtiyatda qalıb.
Xallarını 7-yə yüksəldən "Nürnberq" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media