"Qarabağ" Leandro Andradeyə görə yeni təkliflər alıb.
Bizim.Media xəbər verir ki, Rusiyadan birdən-birə iki klub yarımmüdafiəçiyə elçi düşüb.
Moskvanın iki klubu – “Dinamo” və “Lokomotiv” 24 yaşlı legionerin qapısını döyüb. Onlar ötən mövsüm 58 matçda 15 qol və 18 məhsuldar ötürmə ilə yadda qalan kabo-verdeli ilə 3 illik müqavilə imzalamağa hazırdır.
Hazırda portuqaliya doğumlu afrikalı ilə danışıqlar ilkin mərhələdədir.
Andrade 2022-ci ildən Azərbaycanda çıxış edir. “Köhlən atlar” onu “Çerno More”dən (Bolqarıstan) heyətinə qatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media