Futbol üzrə milli komandamızın keçmiş qapıçısı Rəşad Əzizlinin klubduz günləri tezliklə başa çata bilər.
Bizim.Media xəbər verir ki, yerli klubların maraq göstərmədiyi qolkiper karyerasını xaricdə davam etdirə bilər.
Hazırda o, Türkiyə klubu ilə danışıq aparır. Adı açıqlanmayan həmin klub birinci liqada mübarizə aparır və tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar.
Bizim.Media