Sentyabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat verib.
Tədbir saat 15:00-da başlayacaq.
İclasın bu məsələlərə baxılacaq:
1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi;
2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat;
3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı;
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr;
5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi;
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi;
7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi;
8. Digər məsələlər.
Bizim.Media